“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin iştirakıyla Qaradağ rayonu Lökbatan bələdiyyəsində görüş keçirilmişdir. Görüşdə bələdiyyəsinin sədri Rasim əhmədov, bələdiyyə sədrinin müavini və hüquqşünası iştirak etmişdir.
Lökbatan bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə əsasən bələdiyyənin üzləşdiyi çətinliklər və həlli yolları müzakirə edilmişdir.
Görüşdə bildirilmişdir ki, bu günədək xəritənin verilməməsi bələdiyyəyə ciddi problem yaratmaqdadır. Mülkiyyətə əmlak və torpağın verilməməsi fəaliyyətimizə ciddi problem yaratmaqdadır. Bütün çətinliklərə baxmayaraq bələdiyyənin vergi xidmətinin əsas diqqəti vergi ödəyiciləri arasında maarifləndirmə işlərinin aparılmasına yönəldilib.
Bildirildi ki, hazırda qəsəbə ərazisində olan evlərin 66 faizinin sənədi yoxdur. Mənzillərin sənədinin olmaması bələdiyyəyə vergi toplamaqda ciddi problem yaradır. Sakinlər tərəfindən əmlak məsələləri Dövlət Xidmətinə edilən müracətlərə qeyri-müəyyən cavabların verilməsi təəssüf doğurur.
Bələdiyyyə tərəfindən aparılan araşdrımalardan məlum olub ki, sənədi olmayan fərdi təsərrüfatların 70 fazidəək hissəsinin sənədləşdirilməsi mümkündür. Ancaq təəssüf ki, bu günədək prosesdən xəbər yoxdur.
Bələdiyyənin maliyyəsiylə bir müddət əvvəl inşa edilən “Mərasim evi” bələdiyyənin balansına əlavə edilsə də onun sənədləşdirilməsi mümkün olmayıb. Hazırda əmlak məsələləri Dövlət Xidmətinin balansında olan binada fəaliyyət göstərməklə icarə haqqı ödənilir. Lakin fəaliyyət göstərdiyi inzibati binanın gələcəkdə bələdiyyənin mülkiyyətinə verilməsi daha məqsədəuyğun addım olardı.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, fəaliyyətin Bələdiyyələrlə iş mərkəzinin tövsiyələrinə uyğun qurulması tövsiyə edilmişdir.
Belə görüşlərin davamlı şəkildə digər bələdiyyələrdə də keçirilməsi nəzərdə tutulur.
Belediyye.info
|
|
|
|